
Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında Şamaxı–Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb
Metbuat.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik maşınında olan İsa Sadıqov hadisə yerində həyatını itirib. İlkin məlumata görə, xəsarət alanlar da var.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.