
Bakı. Trend:
İspaniyanın Futbol üzrə milli komandasının oyunçusu Lamin Yamal
2026-dünya çempionatının təsnifat mərhələsi çərçivəsində Türkiyəyə
qarşı keçirdiyi səfər matçından sonra pasportunu itirib.
Trend xəbər verir
ki, bu barədə jurnalist Emir Çetin öz “X” səhifəsində yazıb.
Matç Türkiyənin Konya şəhərində keçirilib və qonaqların böyük
hesablı qələbəsi (6:0) başa çatıb. Mənbənin məlumatına əsasən,
Yamal geyinib-soyunma otağında pasportunu nə qədər axtarsa da,
sənədi tapa bilməyib və komandası ilə birgə vətəninə geri
dönüb.
Qeyd edək ki, Yamalın 18 yaşı var və o, Kataloniyanın
“Barselona” klubunun yetirməsidir.