Bakıda mikroavtobus qəzaya düşüb, 3 nəfər xəsarət alıb

Baş səhifə

Paytaxtın Xəzər rayonunda mikroavtobus qəzaya düşüb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi polis kapitanı Toğrul Nəsirli APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında rayonun Qala-Pirallahı yolu ərazisində “Hyundai” markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.