Azərbaycan ət idxalını azaldıb, ixracını isə artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 25,2 min ton ət idxal
edilib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin
idxalına 55,1 milyon ABŞ dolları vəsait xərclənib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə
5,5 min ton və ya 18%, dəyər ifadəsi ilə isə 13,4 milyon ABŞ
dolları, yaxud da 19,6% azalıb.




Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,40% paya
sahib olub.

Eyni zamanda cari ilin ilk 7 ayında Azərbaycandan 773 min ABŞ
dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib
ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 430
min ABŞ dolları və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında quş əti də
daxil olmaqla diri çəkidə 335,3 min ton ət, 1315,5 min ton süd,
1415,7 milyon ədəd yumurta, 13,7 min ton yun, 186,6 ton barama
istehsal olunub. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta
istehsalı 2,2%, ət istehsalı 1,2%, süd istehsalı 0,3 % artıb, yun
istehsalı 3%, barama istehsalı 22,1% azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir