
Bakı. Trend:
İctimai narazılıqlardan sonra Los-Anceles polis idarəsinin
əməkdaşları Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti
Kamala Harrisin mühafizəsini dayandırıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, yerli polis mühafizənin təmin olunmasını
sentyabrın 6-dan etibarən dayandırıb.
Bundan əvvəl Amerika prezidenti Donald Trampın onun dövlət
mühafizəsini ləğv etməsindən sonra Los-Angeles Times bundan sonra
Harrisin mühafizəsinin azı 12 şəhər polis əməkdaşı tərəfindən təmin
olunacağını yazmışdı.
Qəzet hakimiyyətin bu addımını kəskin tənqid atəşinə tutmuşdu.
Digər yandan keçmiş vitse-prezidentin mühafizəsinə məxfi xidmət
əvəzinə asayış keşikçilərinin cəlb olunması ictimai qınaq obyektinə
çevrilib. Los-Anceles Polisinin Mühafizə Liqası polis
əməkdaşlarının sıravi sakinləri qorumalı olduğu halda, onların
seçkilərdə məğlub olmuş prezidentliyə namizədin mühafizəsinə cəlb
olunması “cəfəngiyyat” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ-da vitse-prezidentlər postlarını tərk etdikdən
sonra onları adətən 6 ay ərzində Məxfi Xidmətin cangüdənləri
mühafizə edir.
Tramp avqustun sonlarında Harrisin dövlət mühafizəsinin
dayandırılması ilə bağlı sərəncam vermişdi.