
Bakı. Trend:
“Mən dəfələrlə “SportAccord”un tədbirində iştirak etmişəm. Bu
tədbirin Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olmasını bir
daha təsdiq edəcək.”
Trend xəbər
verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz
Hüseynzadə Bakı Şəhər Halqası və “SportAccord” arasında rəsmi
müqavilənin imzalanma mərasimində çıxışı zamanı deyib.
Ç.Hüseynzadə Azərbaycan Gənclər və İdman Nazirliyinə bu böyük
tədbirin təşkilatçısı olduğu üçün öz təşəkkürünü bildirib.
“İnanıram ki, Azərbaycan bu böyük idman tədbirini də uğurla
həyata keçirəcək”, – deyə o qeyd edib.

