ƏDV geri al” ilə vətəndaşlara 124 milyon manatdan çox pul qaytarılıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində “ƏDV geri al” layihəsi
çərçivəsində 124,6 milyon manatdan çox vəsait istehlakçılara
qaytarılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




“Bu ilin yanvar-avqust ayları ərzində ölkə ərazisində pərakəndə
ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara
(neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün
məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi,
muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən
xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə
məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə
görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara
qaytarılan həcmi 124 milyon 658,4 min manat olub”, – məlumatda
bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin 8 ayında xarici vətəndaşlar
tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış
mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”)
məbləği 6 milyon 944,9 min manat təşkil edib.