Bu il Azərbaycanda 36,2 min şəxsə əlillik təyin olunub

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
tərəfindən 2025-ci ilin yanvar-avqust ayları ərzində 36,2 min şəxsə
əlillik təyin edilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, onlardan 16,2 min
şəxsə ilkin, 20 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.




Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə
müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar
əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə
proaktiv qaydada sosial ödənişlər təyin edilir.