
Qüdsün Ramot bölgəsində silahlı insident baş verib.
APA “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, nəticədə 15 nəfər yaralanıb.
Onlardan 6-nın vəziyyəti ağırdır.
Məlumata görə silahlı hücumu törədən şəxslər iki nəfər olub və onlar hadisə yerində zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.