Azərbaycanın şəkər ixracından gəlirləri 1,5 dəfə artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 43 min ton şəkər
ixrac edilib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda şəkərin
ixracına 30,6 milyon ABŞ dolları vəsait xərclənib.

Şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 17,2 min ton və ya 1,7 dəfə, dəyər ifadəsi ilə isə 10,9 milyon
ABŞ dolları, yaxud da 1,5 dəfə artıb.




Hesabat dövründə şəkər ixracı ölkənin ümumi ixracında 0,20%,
qeyri-neft sektoru üzrə ixracında isə 1,46% paya sahib olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda
204,2 min ton şəkər istehsal edilib. Bu isə ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 42 min ton və yaxud 25,9% artım
deməkdir.