
Bakı. Trend:
Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə
müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə
xidmətləri təqdim etmək məqsədilə Beyləqan şəhərində yeni filialını
istifadəyə verib.
Yeni filial Beyləqan və ətraf rayonların fiziki şəxs olan
sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada
müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes
krediti və pərakəndə kreditlərin verilməsi,
əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, valyuta
əməliyyatları və digər bank xidmətləri göstərilir.
Filial yeni konsept əsasında qurulub və yüksək xidmət
standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün
filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə
terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün
istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və
digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək
mümkündür.
Beyləqan şəhərinin mərkəzində- Sevil Qazıyeva küçəsində yerləşən
filialı həftənin 5 günü müştərilərin xidmətindədir.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial
şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları
həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam
18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə
günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.
Unibank- Sənin Bankın!