Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb

Baş səhifə

Bərdə. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun
olaraq bu mərhələdə 15 ailə olmaqla 46 nəfər Ağdam rayon Dörd yol
adlanan ərazisindən Xocalı rayonunun Xanyurdu kəndində yola
salınıb.




Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi
Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında
əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu
kəndinə isə cəmi 69 ailə 237 nəfər köçürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir