Pirəşkül və Ağdərədə istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Baş səhifə

Bakı. Trend:

8-12 sentyabr tarixlərində Pirəşkül və Ağdərədə istismar müddəti
başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv
edilməsi prosesi həyata keçiriləcək.

Trend bu barədə
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına
istinadən xəbər verir.




Məlumatda bildirilib ki, istismar müddəti başa çatmış və
istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik
qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı
poliqon və Ağdərə yaxınlığında təlim mərkəzində məhv edilməsi
prosesi həyata keçiriləcək:

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə
çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə
çatdırırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir