Azərbaycan və Ermənistan liderlərinin Astanaya səfəri gözlənilir

Baş səhifə

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstanın paytaxtı Astanaya səfəri gözlənilir.

Modern.az-ın məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Bu ilin sonuna kimi mən Rusiya və Özbəkistana səfər edəcəm. Biz Astanada Azərbaycan, Ermənistan və Türkmənistan liderlərini qarşılamağa hazırlaşırıq. Həmçinin Asiya, Avropa və Afrikanın bir sıra dövlət başçıları ilə görüşüb danışıqların aparılması planlaşdırılır”, – o, parlamentdə deyib.

Səfərin dəqiq tarixləri və məqsədi açıqlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir