
Bakı.Trend:
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq,
Bakı şəhərində piyada zonalarının yaradılması və geniş
abadlıq-quruculuq işləri davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında
deyilir.
Məlumatda qeyd olunub ki, artıq bir müddətdir, İslam Səfərli
küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən
abadlıq-quruculuq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü
yenilənir, piyadayönümlülük yaradılır və həmin ərazinin
müyəssərliyi təmin edilir. Eyni zamanda müvafiq qurumlar tərəfindən
ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri
aparılır.
Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf
ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən
layihə həmdə şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir
göstərir.
Həmçinin, İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin
salınması nəzərdə tutulub.