Banklar ev təsərrüfatlarına kredit qoyuluşlarını 15% artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin avqustun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindənev təsərrüfatlarına qoyulmuş kreditlərin
həcmi 17,972 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə
edib.




Məlumata görə, bu göstərici aylıq müqayisədə 170,2 milyon manat
və ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 milyard manat
və ya 14,9% çoxdur.

Qeyd edək ki,
ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit
qoyuluşu üzrə kredit portfeli 30,258 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 26,1 milyon manat və ya 0,1%, 2024-cü
ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3 milyard manat
və ya 11% artım deməkdir.