Aİ Rusiyanın enerji və bank sektoruna qarşı daha sərt sanksiyaları nəzərdən keçirir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Rusiya iqtisadiyyatının bank və enerji sektoruna
qarşı yeni sanskiyalar tətbiq edə bilər. Söhbət qarşıda gözlənilən
sayca 19-cu sanksiyalar paketindən gedir.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat
yayıb.




“19-cu olacaq bu (məhdudlaşdırıcı) tədbirlər paketinə Rusiyanın
ödəniş sistemlərinə və kredit kartlarına, kriptovalyuta birjalarına
qarşı sanskiyalar, eləcə də, neft ticarətinə əlavə məhdudiyyətlər
daxil edilə bilər”, -deyə məlumatda qeyd olunur.

Bundan başqa, Avropa İttifaqı Rusiyadan olan neft şirkətlərinə
qarşı məhdudlaşdırıcı ölçüləri sərtləşdirməyi nəzərdən keçirir.