
İsraildəki terror aktı səbəbindən Baş nazir Benyamin Netanyahunun məhkəməsi təxirə salınıb.
APA bu barədə İsrail mətbuatına istinadən xəbər verir.
Məhkəmə prosesinin vaxtı sabah üçün təyin olunub.
Qeyd edək ki, Benyamin Netanyahu korrupsiyada ittiham olunur və indiyə qədər bununla bağlı bir neçə məhkəmə prosesi keçirilib.