Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb (FOTO)

Baş səhifə

Ağdam. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu köç
mərhələsində 29 ailə olmaqla 105 nəfər Vəngli köndinə
köçürülür.

Köç edən ailələr respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.




Bu mərhələdə köçürülən ailələr bu günə kimi, Kürdəmir. Bakı,
Ağdam, Yevlax, İmişli, Ağsu,Şamaxı, Goranboy, Qax, Bərdə,
Mingəçevir şəhər və rayonlarında məskunlaşan ailələrdir.

Ağdərə rayonunun Vəngli kəndinə köç edən 29 ailə 105 nəfər Ağdam
rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Bu köç də nəzərə alınmaqla, Ağdərə rayonunun Vəngli kəndinə cəmi
51 ailə 188 nəfər köçürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir