
Bakı. Trend:
FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat
mərhələsinin püşkatma mərasimi keçirilib.
Basketbol Federasiyasından Trend-ə bildirilib ki, püşkün nəticəsinə əsasən,
Azərbaycan yığması A qrupunda mübarizə aparacaq.
Bu qrupda rəqiblər Şimali Makedoniya, Lüksemburq və İrlandiya
olacaq.
Ümumilikdə turnirdə 3 qrup formalaşdırılıb. B qrupunda
Bolqarıstan, Ermənistan və Norveç, C qrupunda isə Slovakiya,
Albaniya və Kosovo yer alıb.
A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyun
keçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyuna
çıxacaq.
Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqə
qazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşı
göstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldə
edəcək.