
Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının sənaye sahəsinə
verilmiş biznes kredit portfeli 2,615 milyard manat təşkil
edib.
Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.
Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 72,6 milyon
manat və ya 2,7%, ötən ilin eyni dövrü ilə nisbətdə isə 77,6 milyon
manat 2,9% azalıb.
Belə ki, sənaye sahəsi üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2025-ci ilin iyulun 1-nə 2,688 miyard manat,
ötən ilin avqustun 1-nə isə 2,693 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda
bankların kredit portfeli 0,1% və ya 26 milyon manat artaraq 28,498
milyard manat olub. Kredit portfelinin 15,056 milyard manatı biznes
kreditləri, 9,002 milyard manatı istehlak kreditləri, 4,440 milyard
manatı isə ipoteka kreditləri təşkil edib.