
Bakı. Trend:
23-30 sentyabr aralığında İran prezidenti Məsud Pezeşkian
Nyu-Yorkda BMT-nin yaradılmasının 80 illiyinə həsr olunan iclasında
iştirak edəcək.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, BMT Baş
Assambleyasının sammitindən beynəlxalq səviyyədə İranın mövqeyinin
bəyan olunması üçün istifadə olunacaq.
Bəqai bildirib ki, İran prezidentinin səfər proqramının
detalları sonradan elan olunacaq. Xarici İşlər Nazirliyi BMT-dəki
nümayəndəliyi vasitəsi ilə lazımi koordinasiya işlərini həyata
keçirib.

