Trampı qətlə yetirməyə cəhd etmiş şəxsin məhkəməsi başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin prezidenti Donald Trampa sui-qəsd cəhdinə görə həbs
olunmuş Rayan Rut bu gün hakim qarşısına çıxarılıb.

Trend xəbər verir
ki, bu barədə “The Independent” məlumat yayıb.

Hakim R.Rutun məhkəmə prosesinin azı 4 həftə çəkəcəyini hesab
edir. Andlı münsiflərin seçilməsi 3 gün çəkəcək. Vəkillər 60
potensial münsifdən ibarət 3 qrupu sorğu-sual edəcək. Sonda 12
münsif seçiləcək, daha 4-ü ehtiyat olaraq dəvət olunacaq.




Prosesdə tərəflərin ilkin çıxışlarının sentyabrın 11-də
başlayacağı qeyd olunur.

Xatırladaq ki, ötən il sentyabrın 15-də Rut Uest-Palm-Biç adlı
ərazidə Donald Trampın olduğu qolf klubun ərazisində üzərində AK-47
avtomatı ilə saxlanılıb. Məxfi xidmətin cangüdənləri aşkarlayana
qədər, o hazırkı Ağ Ev rəhbərinə 100 metrə qədər yaxınlaşıb.
Aşkarlandığını anladıqdan sonra Rut qaçmağa çalışıb və çox keçmədən
saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir