
Bakı. Trend:
7 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi səfir Elçin
Əmirbəyov “I24 News” televiziya kanalının fransız redaksiyasına
müsahibə verib.
Trend-in
məlumatına görə, o, jurnalist Kristian Maların Azərbaycan və
Ermənistan arasında sülh prosesi, 8 avqust Vaşinqton görüşünün
Cənubi Qafqaz regionu üçün nəticələri, Azərbaycanın beynəlxalq
müstəvidə oynadığı vasitəçi rolu, habelə bəzi beynəlxalq məsələlərə
dair suallarını cavablandırıb.
E.Əmirbəyov bildirib ki, dünya geosiyasi tarazlıqların yenidən
qurulması prosesini yaşayır:
“Amma geriyə dönüşü mümkün olmayan parçalanma haqqında danışmaq
hələ tez olardı. İqtisadi qarşılıqlı asılılıq və iqlim, sağlamlıq
və təhlükəsizlik kimi qlobal çağırışlar bizə xatırladır ki,
əməkdaşlıq nəinki mümkün, həm də qaçılmaz olaraq qalır. Qarşıdurma
məntiqini qidalandırmaqdansa, hər bir aktorun legitim maraqlarına
hörmətlə yanaşan inklüziv multilateralizmi təşviq etmək vacibdir.
Müstəqil, balanslı və dialoqa açıq bir ölkə olaraq Azərbaycan
yaxınlaşma səylərinə töhfə verməyə hazırdır”, – deyə o qeyd
edib.
Müsahibə ilə bu keçiddən ətraflı tanış olmaq mümkündür.