
“Beşiktaş” “Liverpul”un futbolçusu Federiko Kyezanı transfer edə bilər.
Metbuat.az xəbər verir ki, “Beşiktaş” transferlə bağlı İngiltərə nəgənginə təklif irəli sürüb. İnsayder Fabritsio Romanonun məlumatına görə, “Liverpul” təklifi nəzərdən keçirməyə razılaşıb. “Beşiktaş” klubu oyunçunun mövqeyini öyrənmək üçün özü ilə əlaqə də saxlayıb.
Qeyd edək ki, ötən il “Yuventus”dan “Liverpul”a transfer olan futbolçu əsas heyətə düşməkdə çətinlik çəkib. Bundan əvvəl futbolçunun adı “Fənərbaxça” ilə də hallanmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.