
Bakı. Trend:
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin
rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq
Prokurorlar Assosiasiyasının 30-cu illik konfransı və ümumi
yığıncağında iştirak etmək məqsədilə Sinqapura işgüzar səfərə
gedib.
Trend xəbər
verir ki, tədbir çərçivəsində hüquq-mühafizə orqanlarının
fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi o cümlədən süni intellektdən istifadə imkanları,
prokurorluq orqanları arasında kiber cinayətkarlıqla mübarizə
üsulları, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni
çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi
aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Keçirilən tədbirlərdə ölkəmizin İndoneziya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev iştirak edir.