“Fənərbaxça” Yusuf En-Nesyrini ulduz futbolçu ilə dəyişir

Baş səhifə

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Fənərbaxça”nın futbolçusu Yusuf En-Nesyrini transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, Viktor Osimhen transferini həyata keçirə bilməyən “Əl-Hilal” hücum mövqeyini En-Nesyri ilə doldurmaq istəyir. İddialara görə, “Əl-Hilal” futbolçu üçün yüksək məbləğ ödəməyə razılıq verib. Türkiyə mediasının məlumatına görə, En-Nesyri üçün 40 milyon avro təklif edilib. İspaniyanın “Estoesatleti” nəşrində yer alan xəbərdə deyilir ki, mərakeşli hücumçu “Əl-Hilal”a transfer olarsa, “Fənərbaxça” “Atletiko Madrid”in futbolçusu Alexander Sörlothi transfer etmək istəyir.

Qeyd edək ki, “Fənərbaxça”nın Yusuf En-Nesyrini klubda saxlamağa üstünlük verdiyi barədə xəbərlər dərc edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir