ƏÜO-da hərbi vəzifəlilərlə təlim toplanışı başa çatıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) ehtiyatdan çağırılan bir qrup
hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas
hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və
qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin
günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.




Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da
göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib.

Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər
mükafatlandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir