
Bakı. Trend
Yaxın günlərdə Yeni Klinikanın nəzdində ən müasir
texnologiyalarla təchiz edilmiş Robotik Reabilitasiya Mərkəzi
fəaliyyətə başlayacaq.
Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, pasiyentlərin sağlamlığını daim prioritet olaraq
müəyyənləşdirən TƏBİB, fizioterapiya və reabilitasiya sahəsində də
mühüm yeniliklərə imza atmaqdadır.
“Mərkəz fizioterapiya və reabilitasiya xidmətlərinin
keyfiyyətini daha da yüksəldərək pasiyentlərə ən son tibbi
nailiyyətlərə əsaslanan müalicə imkanları təqdim edəcək. Eyni
zamanda Mərkəz bölgələrdə bu sahənin inkişafını dəstəkləmək
məqsədilə mütəxəssis hazırlığı və təlim proqramları da həyata
keçirəcək.
Bir sözlə, ölkəmizdə reabilitasiya xidmətlərinin daha effektiv,
sürətli və əlçatan şəkildə təşkili istiqamətində atılan bu mühüm
addım sayəsində vətəndaşlarımız dünyanın ən qabaqcıl tibbi
imkanlarından faydalanmaq imkanı əldə edəcəklə”,- deyə əlavə
edilib.