
Bakı. Trend:
Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş
verib.
AFFA-dan Trend-ə verilən məlumata görə, Rüstəm Əhmədzadə
(“Sumqayıt”) və Abdulla Xaybulayev (“Sabah”) A milliyə cəlb
olunublar.
Bildirilib ki, onların əvəzinə yarımmüdafiəçilər Xəyal Əliyev və
Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.
Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə
mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə
mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.