
Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Təminat Fondunun vəsaitinin qalığı 419,3
milyon manat olub. Bu ilin ilk 6 ayında Təminat Fonduna dövlət
zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik
əvəzsiz haqq üzrə 0,09 milyon manat, Fonda yığılan vəsaitin idarə
olunmasından əldə olunan gəlir üzrə 26,0 milyon manat, təkrar borc
sazişləri üzrə 10,7 milyon manat olmaqla, ümumilikdə 36,8 milyon
manat vəsait daxil olub.
Bu barədə Trend Hesablama Palatasının “2025-ci ilin altı
ayı üzrə dövlət büdcəsinin icrasının təhlilinə dair yarımillik
məlumata xülasə”nə istinadən xəbər verir.
Bildirilib ki, Təminat Fondundan 14,0 milyon manat, 29,9 milyon
ABŞ dolları və 7,4 milyon avro xərc edilərək, 6 ayın sonuna Fondun
vəsait qalığı 377,1 milyon manat təşkil edib.
“Hesabat ilinin əvvəli ilə müqayisədə sonuna Fondun vəsaiti 42,2
milyon manat azalıb. Dövlət Neft Fonduna (DNF) əsasən, vəsaitlərin
idarə olunmasından əldə edilmiş 26,0 milyon manat əvvəlki ildə
hesablanmış gəlirlərdir.
Təminat Fondu tərəfindən ödənilmiş vəsaitlərin hər bir təşkilat
üzrə 2025-ci ildə qaytarılması nəzərdə tutulan 203,7 milyon
manatdan cari ilin 6 ayında 10,7 milyon manat bərpa edilib. Bu da
ümumi proqnozlaşdırılan məbləğin 5,3%-ni təşkil edib”, – deyə
məlumatda qeyd edilib.