
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon
Polis Şöbəsinin rəisi Samir Məcidov, idarə və müəssisə
rəhbərlərinin iştirakı ilə Qadaşoba kəndində səyyar qəbul
keçirib.
Trend xəbər
verir ki, qəbulda Qımılqışlaq İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyinə daxil olan Qadaşoba, Qımılqışlaq, Mollabürhanlı,
Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Ağarəhimoba, Şıxlar və
Hacıisaoba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin elektrik təsərrüfatının yenilənməsi, qaz təchizatının
bərpası, yolların təmiri və məktəb binasının yenilənməsi ilə bağlı
müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

