
Bakı. Trend:
Ölkənin sərfəli mobil operatoru mövqeyini qoruyan “Nar”
uzunmüddətli sosial layihələrə dəstəyini davam etdirir. Belə ki,
mobil operator 2024-2025-ci tədris ilində ali məktəblərə qəbul
imtahanlarında ən yüksək nəticə göstərən on abituriyenti xüsusi
hədiyyələrlə təltif edib. Modern.az İnformasiya Agentliyinin
dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını
qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir
smartfonlar hədiyyə edilib.
Mükafatlandırma mərasimində tanınmış dövlət, ictimai-siyasi
xadimlər və media nümayəndələri iştirak edərək ilin ən uğurlu
abituriyentlərini təbrik ediblər. Tədbirdə “Ümid var” İnklüziv
Yaradıcılıq Birliyi və “Azərbaycan Uşaqları” İctimai Birliyinin
üzvləri musiqi və rəqs ifaları ilə çıxış ediblər. Bu performans,
eləcə də “Nar”ın sosial layihələrində inklüzivliyə verdiyi xüsusi
önəm tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
“Nar”ın baş icraçı direktoru Qunnar Panke tədbirdə çıxış edərək
gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb: “Bu
nailiyyətiniz yalnız universitet qapılarını deyil, yeni imkanları
və düşüncə üfüqlərinizi də açır. “Nar” olaraq, biz inanırıq ki,
təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli
investisiyadır”.
“Nar”ın 10 ilə yaxındır, ənənəvi olaraq, davam etdirdiyi bu
təşəbbüs mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut
edir. “Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial
layihələr haqqında daha ətraflı məlumatı
buradan əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə
xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə
görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət
qarşılığında üstün xidmət təqdim edir.