Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının 28-ci Konqresində iştirak edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan nümayəndə heyəti 8-19 sentyabr tarixlərində Birləşmiş
Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Ümumdünya Poçt
İttifaqının (ÜPİ) ali qərarverici orqanı olan 28-ci Konqresində
iştirak edir.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, hər 4 ildən bir keçirilən Konqresdə ÜPİ-nin
Beynəlxalq Bürosunun Baş direktoru və müavini, həmçinin Poçt
Əməliyyatları Şurası və Administrativ Şuranın sədr və üzvlərinin
seçilməsi baş tutur. Bu il ölkəmiz hər iki şuraya namizədliyini
irəli sürüb və seçkilərdə iştirak edir.




ÜPİ-nin ali qərarverici orqanı olan Konqres beynəlxalq poçt
xidmətləri sahəsində siyasət və qaydaların formalaşdırıldığı əsas
platforma rolunu oynayır. Beynəlxalq poçt sisteminin gələcək
inkişafını müəyyənləşdirən bu mötəbər toplantıda ÜPİ-nin 192 üzv
ölkəsinin səlahiyyətli nümayəndəsi iştirak edir, seçkilər
prosesində isə qeyd olunan Şuralara ÜPİ-nin 5 region üzrə 41 üzvü
seçilir.

Konqresdən əvvəl “EMS AWARDS” mükafatlandırma mərasimi
keçirilib. AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC
səmərəli fəaliyyətinə görə gümüş mükafata layiq görülüb, həmçinin
müştəri xidmətləri üzrə də qaliblər sırasında olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir