
Bakı. Trend:
Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi
şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat
hadisəsi baş verib.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız
vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək
üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları
tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz
edilməsi işləri görülür.