Türk klubunu coşduran transfer –

Baş səhifə

“Beşiktaş” klubu “Əl-Nəsr”in futbolçusu Aymerik Laportu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, futbolçunun adı əvvəllər də “Beşiktaş”la hallanmışdı. Bildirilir ki, bundan əvvəl Aymerik Laport “Atletik Bilbao” ilə razılıq əldə edib. “Əl-Nəsr” sənədləri təqdim edənə qədər La Liqada transfer pəncərəsi bağlandığı üçün transfer reallaşmayıb. Bildirilir ki, “Beşiktaş” Laportun agenti ilə əlaqə saxlayıb. Futbolçu əksər ölkələrdə transfer pəncərəsi bağlandığı üçün “Beşiktaş”ın təklifini nəzərdən keçirməyə razılaşıb.

Qeyd edək ki, Aymerik Laportu “Əl-Nəsr”lə müqaviləsi gələn il yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir