
Bakı. Trend:
Moskvanın Taqanski Rayon Məhkəməsi “Apple” şirkətini
cərimələyib.
Trend xəbər
verir ki, bu barədə Moskva şəhərinin ümumi yurisdiksiya
məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb şirkətin informasiyaya çıxışın məhdudlaşdırılması
prosedurunu pozmasıdır.
Bildirilir ki, “Apple” buna görə 3,5 milyon rubl məbləğində
cərimələnib.