Britaniya sərhəd siyasətini sərtləşdirir

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın yeni daxili işlər naziri Şabana Mahmud bəyan
edib ki, vətəndaşlarını geri qəbul etməyən ölkələrin vizaları
dayandırıla bilər.

Trend BBC-yə
istinadən xəbər verir ki, hökumət La-Manş boğazından kiçik
qayıqlarla ölkəyə gələnlərin sayını azaltmaq istiqamətində güclü
təzyiq altındadır.

Yeni nazirin işdə ilk tam günü olan şənbə günü 1097 nəfərin
Britaniyaya daxil olduğu bildirilib ki, bu da indiyədək qeydə
alınmış ən yüksək göstəricilərdən biridir.




Nazir vəzifəyə təyin olunandan sonra ilk çıxışında əsas
prioritetin Böyük Britaniya sərhədlərinin təhlükəsizliyini qorumaq
olduğunu bildirib.

O qeyd edib ki, əgər bir ölkə öz vətəndaşlarını geri qəbul
etməyə razı deyilsə, daha sərt addımlar atılmalıdır.

Nazir onu əlavə edib ki, bu, gələcəkdə həmin ölkələr üçün
vizaların verilməməsi demək ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir