Makron yaxın günlərdə yeni baş nazir təyin edə bilər

Baş səhifə

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron parlamentin hazırkı kabinetə
etimadsızlıq səsverməsindən sonra yaxın günlərdə yeni baş nazir
təyin etməyi nəzərdən keçirəcək.

Trend-in
məlumatına görə, bu barədə Yelisey sarayının məlumatında
bildirilib.




“Respublika Prezidenti deputatların səsverməsinin nəticələrini
nəzərindən saxlayır. Sabah o, hökumətinin istefasını qəbul etmək
üçün baş nazir Fransua Bayrunu qəbul edəcək. Respublika Prezidenti
yaxın günlərdə yeni baş naziri təyin edəcək”, – deyə qeyd
olunub.