
Bakı. Trend:
DÇ-2026-nın seçmə mərhələsində 4 qrupda 7 oyun keçirilib.
Trend-in
məlumatına görə, B qrupunda Kosovo İsveçi 2:0 hesabı ilə məğlub
edərək sürprizə imza atıb, İsveçrə isə Sloveniya üzərində 3:0 qalib
gəlib.
C qrupunda Belarus Şotlandiyaya (0:2), Yunanıstan isə
Danimarkaya (0:3) uduzub.
L qrupunda Farer adaları Cəbəlüttariqi 1:0 hesabı ilə məğlub
edib, Xorvatiya isə Monteneqronu darmadağın edib – 4:0.
I qrupunda isə İtaliya İsrailə qarşı qonaq oyununda 5:4 hesabı
ilə qalib gəlib.

