KİV: Qətərin Baş naziri ABŞ-ın Qəzza təklifini qəbul etməsi üçün HƏMAS-a təzyiq edib

Baş səhifə

Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani sentyabrın 8-də HƏMAS liderləri ilə görüşdə onları ABŞ-ın Qəzza zolağı ilə bağlı son təklifini qəbul etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə adının açıqlanmasını istəməyən qətərlı məmur məlumat verib.

“Məhəmməd bin Əbdül Rəhman əl-Tani ABŞ-ın atəşkəs və girovların azad olunmasına dair son təklifinə HƏMAS-ın müsbət cavab verməsini tələb edib”, – deyə mənbə açıqlayıb.