Merts: Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməlidir

Baş səhifə

Almaniya kansleri Fridrix Merts hesab edir ki, vahid Avropa ABŞ-la münasibətləri qurarkən yalançı nostaljidən çəkinməli və öz maraqlarını dəqiq müəyyənləşdirməlidir.

APA xəbər verir ki, o, bunu Almaniya Xarici İşlər Nazirliyində keçirilən səfirlərlə görüşündə bildirib.

“ABŞ-a münasibətdə mövqeyimiz avropalılar olaraq bizim gücümüzdən asılı olacaq”, – deyə kansler vurğulayıb.

Merts həmçinin Avropanı dünyada yeni tərəfdaşlar axtarmağa və mövcud tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir