“Akkuyu” AES Türkiyənin enerji asılılığını azaldacaq – Ərdoğan

Baş səhifə

Bakı. Trend:

Türkiyənin 2053-cü ilə qədər elan etdiyi inkişaf hədəflərinə
nüvə enerjisi olmadan nail olmaq qeyri-mümkündür. 4 800 MVt gücündə
“Akkuyu” Atom Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin
enerji asılılığını əhəmiyyətli dərəcədə azaldacaq.

Trend-in
məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Ankarada hökumət iclasının nəticələrinə dair brifinqdə deyib.




Dövlət başçısı bildirib ki, hazırda dünyada 31 ölkədə 416 nüvə
reaktoru fəaliyyət göstərir, 15 ölkədə isə, o cümlədən Türkiyədə,
62 yeni reaktorun inşası davam edir.

Ərdoğanın sözlərinə görə, Mersin vilayətində inşa olunan
“Akkuyu” AES hər il 35 milyon ton zərərli tullantının havaya
atılmasının qarşısını alacaq. Stansiyanın fəaliyyətinin Türkiyə
iqtisadiyyatına töhfəsi isə 50 milyard dollara qədər
yüksələcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir