Britaniyanın təyyarədaşıyan gəmisi Cənubi Koreya sahillərində təlimlər keçirib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinə məxsus “Uels
Şahzadəsi” təyyarədaşıyan gəmisi Cənubi Koreyanın Pusan şəhərinin
cənubunda beynəlxalq sularda təlimlər keçirib.

Trend-in
məlumatına görə, bu barədə “Yonhap” agentliyi Böyük Britaniyanın
Seuldakı səfirliyinə istinadən bildirib.

Məlumata əsasən, təlimlərə F-35B təyyarələri cəlb olunub.
Təyyarədaşıyan gəmi bu qırıcılardan 24-ə qədərini daşıya bilər.
Təlim zamanı “aviasiya imkanlarının nümayişi” baş tutub.




Böyük Britaniyanın Seuldakı səfiri bildirib ki, təlim Böyük
Britaniyanın Koreya Respublikası ilə əməkdaşlığının səviyyəsini və
Londonun “strateji tərəfdaşlığımızı dərinləşdirməyə və regionun
təhlükəsizlik arxitekturasına mənalı töhfə verməyə” hazır olduğunu
nümayiş etdirir.

Təyyarədaşıyan gəminin təxminən 700 nəfərlik ekipajdan ibarətdir
və orada 1600-ə qədər hərbi qulluqçu yerləşdirilə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir