
Bakı. Trend:
Rusiya ilə gələcək müzakirələri öncədən dəyərləndirmək
çətindir.
Trend xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev AQEM Beyin
Mərkəzləri Forumunun 13-cü toplantısı çərçivəsində jurnalistlərə
açıqlamasında deyib.
O bildirib ki, yaranan bu gərginliyin səbəbi Azərbaycan deyil.
“Hamımız yaxşı bilirik ki, bu problem dekabr ayında başlayıb –
bizim mülki təyyarəmiz Rusiya hava müdafiə qüvvələri tərəfindən
vurulub. Əsas səbəb budur. Bundan sonra bəzi digər hadisələr də baş
verib.
Məsələn, ilk əvvəl baş verən insidentlər, daha sonra isə fevral
ayında Azərbaycana qarşı kütləvi kiber hücumlar oldu. Ukraynada
SOCAR-ın neft bazalarının vurulması və s. göstərir ki, qarşı tərəf
hələ ki, gərginliyin azaldılmasını düşünmür”, – deyə F.Şəfiyev qeyd
edib.