Azərbaycan və Çin nəqliyyat və logistikanın inkişafını müzakirə edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin
vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu
istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə
etdik.

Trend xəbər verir
ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev öz “X”
səhifəsində bildirib.




“Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu
istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik.
Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir
mübadiləsi apardıq.”,-deyə nazir yazıb.

Nazirin bildirdiyinə görə, eyni zamanda Zhejiang vilayətində
yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı
arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın
qurulması üçün işçi qrupunun yaradılması məsələsi ətrafında razılıq
əldə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir