Asiya dünya üzrə təbii fəlakətlərin 70 faizinə şahid olur – Iftekhar Anis

Baş səhifə

Bakı. Trend:

Bu gün müxtəlif çağırışlar Asiyanın təhlükəsizlik mənzərəsini,
dərin əlaqələnmiş və zəif sərhədlərini, regional qapalı
sistemlərini və bu təhlükələrdən doğan milli müdafiə ehtiyaclarını
ortaya qoyur.

Trend xəbər
verir ki, bu sözləri Beynəlxalq və Strateji Araşdırmalar
İnstitutunun baş direktoru General-mayor Iftekhar Anis AQEM Beyin
Mərkəzləri Forumunun 13-cü toplantısı zamanı çıxış edərkən
deyib.

O bildirib ki, yalnız ənənəvi təhlükələr deyil, qeyri-ənənəvi
təhlükələr də çoxalır:

“Asiya dünya üzrə təbii fəlakətlərin 70 faizinə şahid olur.
Təkcə Cənubi Asiyada 2050-ci ilə qədər 40 milyona yaxın insanın
köçkün düşəcəyi proqnozlaşdırılır. 2020-ci ildən bəri Asiyada
kiberhücumlar hər il 30 faizdən çox artaraq kritik infrastruktur və
maliyyə sistemlərini hədəfə alır.

Qlobal təchizat zəncirinin pozulması və Şimali Asiyadakı
münaqişələrdən doğan diplomatik qeyri-sabitlik cəmiyyətlərimizdəki
siyasi strategiyalara birbaşa təsir göstərir”

“Bu kimi təhlükələr qarşısında, təhlükəsizlik mövzusunda
qarşılıqlı əməkdaşlıq təkcə hərbi yanaşmalarla kifayətlənməməli,
qeyri-sabitliyin sosial-iqtisadi köklərinə də toxunmalıdır”- deyə o
əlavə edib.