
Bakı. Trend:
ABŞ-nin paytaxtı Vaşinqtonda əldə edilən razılaşma sülhü bizə
yaxın edən reallıq oldu.
Trend xəbər
verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədri Əli Hüseynli Milli Məclisin növbədənkənar
sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh
diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda xüsusi
iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bugünkü reallıq Azərbaycan və Ermənistanın sülhə
hazır olduğunun göstəricisidir.