Bəzi özəl müəssisələr tibb heyəti ilə müqaviləsiz əməkdaşlıq edir – SN

Baş səhifə

Bakı. Trend:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanununa əsasən, planlı və plandankənar yoxlamalar
zamanı özəl tibb müəssisələrinin sənədləri araşdırılır və qeydə
alınır.

Trend xəbər
verir ki, bu barədə 93 FM dalğasında yayımlanan “Sağlam radio”nun
efirində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq
şöbəsinin müdiri Tamam Həsənova danışıb.

Onun sözlərinə görə, özəl tibb müəssisələrinin rəhbərləri tibb
heyəti ilə mütləq əmək müqaviləsi bağlamalıdırlar. Lakin
yoxlamalarda məlum olur ki, bəzi müəssisələr müqaviləsiz əməkdaşlıq
edir.

T.Həsənova bildirib ki, yoxlamalar zamanı müəssisənin tibbi
personalına dair şəxsi işlər araşdırılır. Bundan əlavə, əmək
müqaviləsi bağlanmış şəxslərin məlumatları Səhiyyə Nazirliyinin
Tibb işçilərinin reyestrində yoxlanılır.

Bəzən işçilərin diplomu, sertifikasiyasının olmaması və ya
müddətinin bitdiyi aşkarlanır.




Əgər müqavilə yoxdursa, pasiyentin sənədləri, qeydiyyat
vərəqələri yoxlanılır. Pasiyentə tətbiq edilmiş bütün müayinələr,
analizlər və müalicələr qeyd olunmalıdır. Qeydiyyatsız şəxslər
aşkar edilərsə, reyestr vasitəsilə araşdırma aparılır.

Vətəndaşlar, dövlət orqanları və ya media tərəfindən daxil olan
əsaslı müraciətlər nəticəsində faktlar yoxlanılır.

Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən, ali və ya orta
ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş
sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin
praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli
şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər altı min
manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir”.

Sonda T.Həsənova qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin
(İXM) 215.1-ci maddəsinə əsasən, ali və ya orta ixtisas tibb
təhsili və qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi
olmayan, habelə tibb işçisi tərəfindən ixtisasına uyğun olmayan
tibbi xidmətin göstərilməsinə görə, fiziki şəxslər 300-500,
vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 manatadək
məbləğdə cərimə edilir. Həmçinin, İXM-in 215.4-cü maddəsinə əsasən,
ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə
tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan
şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına
görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi
şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə
edilir”.