Vaşinqtonda paraflanan sülh müqaviləsi layihəsində qələbəmizin legitimliyi qəbul edilir – Zahid Oruc

Baş səhifə

Bakı. Trend:

Vaşinqtonda paraflanan və 11 avqustda açıqlanan sülh müqaviləsi
layihəsində bir cümlə də olsun Qarabağ sözü yoxdur, etnik
ermənilərin geri qayıdışına dair tələblər irəli sürülmür, tam
əksinə, Qələbəmizin legitimliyi qəbul edilir.

Trend xəbər
verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid
Oruc parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən
“Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik
liderliyin təntənəsi” mövzusunda xüsusi iclasında çıxışı zamanı
deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın qəti mövqeyi ilə ATƏT
Minsk qrupunun ləğvi-Birinci Qarabağ müharibəsindən sonra işğalı
qoruyan monopolist birliyin varlığına son qoyulması əsl müstəqillik
hadisəsidir.

“İmzalanan sənəddə Tramp yolu adlanan Zəngəzur dəhlizinin
açılması regionu beynəlmiləl döyüşlərin meydanına, geosiyasi
toqquşmalara deyil, hamının qazanacağı tranzit qovşağına çevirəcək.
Naxçıvanla maneəsiz, heç bir sərhəd yoxlaması olmadan birləşmək
babalarımızın məğlub taley